COP29

Vaxtilə “Qəbələ”də olmuş slovak: “Düzü, Azərbaycanla oyuna yorğun çıxmışdıq”

09:00 Milli komanda 128
Vaxtilə “Qəbələ”də olmuş slovak: “Düzü, Azərbaycanla oyuna yorğun çıxmışdıq”

Slovakiya komandasının baş məşqçisi Françesko Kaltsonanın köməkçisi, Azərbaycanda legioner həyatı yaşamış Pavol Farkaş sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin sabiq futbolçusu Millətlər Liqasının C Divizionunun I qrupunun 4-cü turu çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - Slovakiya(1:3) görüşü haqda fikirlərini bildirib:

"Bakıdakı görüşdə yaxşı oynamadıq. Düzü, Azərbaycanla oyuna yorğun çıxmışdıq.

Çünki bundan əvvəl İsveçlə qarşılaşmışdıq. Azərbaycan da təhlükəli rəqibdir.

Hər halda biz qələbə qazana bildik. Bizim üçün vacib qələbə idi.

Bəli, Azərbaycanın meydanda azlıqda qalması da işimizə kömək etdi. Amma Azərbaycan bizə öz gücünü göstərdi.

Çox gərgin oyun idi. Şadam ki, qalib gəldik. Yenidən Tofiq Bəhramovu görmək xoş idi".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?