COP29

“Azərbaycana qalib gəlməyi çox istəyirdik və bu, bədən dilimizdə özünü büruzə verirdi”

01:50 Milli komanda 68
“Azərbaycana qalib gəlməyi çox istəyirdik və bu, bədən dilimizdə özünü büruzə verirdi”

“Görüşə çox yaxşı hazırlaşmışdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Estoniya millisinin futbolçusu Karol Mets UEFA Millətlər Liqasının III turu çərçivəsində Tallində yığmamıza 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışarkən deyib.

Komandanın kapitanı matçdan öncə Azərbaycan millisini yaxşı analiz etdiklərini vurğulayıb:

“Rəqiblə bağlı bir çox təhlillər aparıldı. Onların necə pressinq etdiklərini bilirdik.

Qalib gəlməyi çox istəyirdik və düşünürəm ki, bu, oyunçuların bədən dilində belə özünü büruzə verirdi.

Qapımıza vurulan penalti qolundan sonra özümüzü itirmədik. Bu, çox yaxşı haldır.

Təqdirəlayiq oyun və müsbət nəticəyə görə xoşbəxtik”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?