COP29

Millimizin baş məşqçisini "Pentanın mühəndisi"adlandırdı – Bu ölkənin mediası

00:40 Milli komanda 99
Millimizin baş məşqçisini "Pentanın mühəndisi"adlandırdı – Bu ölkənin mediası

Portuqaliya mətbuatı Azərbaycan millisinin hazırkı baş məşqçisi Fernandu Santuşun "Porto"nun sükanı arxasında keçirdiyi uğursuz oyununu xatırlayıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı "Porto"nun 1998/1999 mövsümündə “Torrense”yə ölkə kubokunda 0:1 uduzaraq turniri tərk edib:

"Fernandu Santuşun rəhbərliyi altında "Porto" "Das Antas" stadionunda həmin vaxt üçüncü liqada çıxış edən "Torrense"yə uduzmuşdu.

Matçın qəhrəmanı 85-ci dəqiqədə yeganə qolu vuran Klaudio Oeyras idi. Fernandu Santuş mövsümü çempion kimi başa vurdu və "Pentanın mühəndisi" kimi tanındı.

Lakin o, komandasının üçüncü liqa klubu tərəfindən kubokdan kənarlaşdırılmasının yükünü həmişə daşıyacaq".

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?