COP29

“Azərbaycan yığmasına qol vurmağımda mənə kömək etdiyi üçün ona minnətdaram”

11:20 Milli komanda 118
“Azərbaycan yığmasına qol vurmağımda mənə kömək etdiyi üçün ona minnətdaram”

“Qarşılaşmadan öncə azərbaycanlıların 4-lü müdafiə xətti ilə oynayacaqlarını düşünürdük.

Amma dəyişiklik etdiklərini gördük və təbii ki, bu da işimizi çətinləşdirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Estoniya millisinin futbolçusu Yoan Yakovlyov UEFA Millətlər Liqasının III turu çərçivəsində Tallində yığmamıza 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışarkən deyib

Yarımmüdafiəçi oyuna yaxşı adaptasiya olduqlarını söyləyib:

“Bunun öhdəsindən layiqincə gəldik və öz oyunumuzu göstərdik. Rəqibin təzyiqinə tap gətirməyi bacardıq.

Bərabərlik qolundan sonra özümüzü itirmədik. Dərhal hesabda önə keçdik.

Qol vurmağımda mənə kömək etdiyi üçün komanda yoldaşım Henri Anyerə minnətdaram”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?