COP29

"Beşiktaş" camiəsinin Azərbaycan millisinə yazığı gəlir

13:40 Milli komanda 205
"Beşiktaş" camiəsinin Azərbaycan millisinə yazığı gəlir

Türkiyədən Azərbaycana gələn kədərli və dəstək dolu paylaşımların ardı-arası kəsilmir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin bərbad vəziyyəti Türkiyə futbol ictimaiyyətinin də ürək ağrısına səbəb olub.

Əsasən "Beşiktaş" fanatları sabiq baş məşqçiləri Fernando Santuşun uğursuz, bərbad fəaliyyətini qınayırlar.

Həqiqətən də bu ilin yayında Fernando Santuş millimizə baş məşqçi təyin edilən zaman ilk reaksiya türkiyəli fanatlardan gəlmişdi, onlar onun səriştəsiz, bərbad məşqçi olduğunu bildirmişdilər.

Hazırda millimiz UEFA Millətlər Liqasında 4 oyuna 0 xal toplamaqla növbəti rəzaləti tarixin yaddaşına həkk edir. Baş məşqçi isə Türkiyədən Azərbaycan qədər uğursuzluğu sıralayan portuqal mütəxəssis 70 yaşlı Fernando Santuşdur.

Hazırda Azərbaycanda milisi Avropada ən pis nəticə göstərən 5 komandadan biridir.

Digər Xəbərlər
Xəbər Lenti