COP29

Millimizi 7:0 uddular, heç veclərinə də olmadı - HADİSƏ

11:20 Milli komanda 168
Millimizi 7:0 uddular, heç veclərinə də olmadı - HADİSƏ

21 yaşlılardan ibarət Azərbaycan millisi Bristolda İngiltərənin qonağı olub.

Sportinfo.az xəbər verir ki, komandamız növbəti dəfə fəlakət adı veriləcək məğlubiyyətlə üzləşib.

7 qol buraxan yığmamız oyun ərzində nəinki rəqibə qol vurub, heç normal hücum belə edə bilməyib.

Oyundan sonra ənənəvi olaraq ingilis azarkeşlər oyundan sonra stadionun qarşısında qələbəni təmtəraqlı şəkildə qeyd etmək üçün toplaşıblar.

7:0 hesablı qalibiyyətdən sonra azarkeşlər qələbəni qeyd etmək istəyən zaman əksər fanatlar qələbə karvanına qoşulmayıb. Səbəb də onların Azərbaycan millisini zəif və ciddi rəqib hesab etmədikləri olub.

İngiltərə - Azərbaycan görüşündə rəqibin qollarını Kressvell, 2, Doyl, 27, Makatee, 55, Cəlal Hüseynov-avtoqol, 70, Anderson, 72, Skarlett, 86, Hatçinson, 90 vurub.

Digər Xəbərlər
Xəbər Lenti