COP29

Santuş "Qarabağ" və millinin illərdir qoruduğu ənənəni niyə pozub?

18 Oktyabr 22:20 Milli komanda 275
Santuş "Qarabağ" və millinin illərdir qoruduğu ənənəni niyə pozub?

Azərbaycan millisi Millətlər Liqasında növbəti matçını Bakıda keçirdi.

Turnirin 4-cü turu çərçivəsində millimiz Slovakiyanı qonaq etdi.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və məğlubiyyətimizlə başa çatan (1:3) matçdan öncə bir məqam diqqətdən qaçmadı.

Meydan sahibi komandanın ehtiyat skamiyası həm "Qarabağ"ın, həm də milli komandamızın oyunlarında alışdığımız yerdə deyildi.

Bu dəfə uzun illərdi qonaq komandaların sığındığı ehtiyat skamiyaya meydan sahibi - Azərbaycan millisi pənah gətirmişdi.

Belə bir istək millinin baş məşqçisi Fernandu Santuşdan gəlib.

Bu barədə bilgini saytımıza açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli verib:

"Texniki zonanın dəyişdirilməsini baş məşqçi istədi. Onun istəyi ilə dəyişiklik edildi. Fernandu Santuş bildirdi ki, texniki zona 4-cü hakimə yaxın olsa, daha yaxşıdır. Bu zaman əvəzetmələri daha tez icra etmək olur. Yəni sırf texniki məsələlərə görə belə dəyişiklik edilməsini istədi".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:10 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?
18 Oktyabr 11:00 Gəl, gəlirin BOL OLSUN!