COP29

Azərbaycan yığmasından 0:7 RÜSVAYÇILIĞI - VİDEO

14:40 Milli komanda 1 113
Azərbaycan yığmasından 0:7 RÜSVAYÇILIĞI - VİDEO

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi qrupda sonuncu - 10-cu oyununa çıxıb.

Komanda səfərdə İngiltərənin U-21 yığması ilə üz-üzə gəlib. Matçı xorvatiyalı qadın hakim İvana Martinçiç idarə edib.

Görüşdə meydan sahibləri 7:0 hesabı ilə qalib gəliblər.

Bu ilin mart ayında komandalar arasında Bakıda keçirilən görüşdə ingilislər 5:1 hesablı qələbə qazanmışdılar.

Beləliklə, qrupda keçirdiyi 9 oyunda uduzan və cəmi 1 qələbə qazanan millimiz seçmə mərhələni 3 xalla sonuncu pillədə başa vurub. İngiltərə isə 25 xalla 1-ci olub.

İngiltərə U-21 - Azərbaycan U-21 7:0

Qollar: Kressvell, 2, Doyl, 27, Makatee, 55, Cəlal Hüseynov-avtoqol, 70, Anderson, 72, Skarlett, 86, Hatçinson, 90

Digər Xəbərlər
Xəbər Lenti