COP29

Ölmə, eşşəyim, ölmə!

17:40 Milli komanda 962
Ölmə, eşşəyim, ölmə!

AFFA prezidenti Rövşən Nəcəf futbolun yeni strategiyası layihəsinin işlənməsini dildə bayraq edib yaxa ələ vermədiyi kimi, millinin yeni baş məşqçisi Fernandu Santuş da 1 il sonranı nişan verib durur.

Ölmə, eşşəyim, ölmə!

Yaz gələr, yonca bitər. Off…

Torresin nağıllarıyla böyüyən uşaqlar indi bığıburma kişidir. Rövşən Nəcəf də bizi Santuşun nağılları ilə başbaşa buraxmaqla, orta nəsili arzular dənizində boğur.

Hərənin öz marağı var - SOCAR-ın prezidenti olduğu üçün AFFA-nın başına gətirilən Rövşən Nəcəflə futbolumuzu bir-birindən böyük və dəhşətli faciələr gözləyir.

Startı belə biabırçı götürüblər, gör, arxası necə rüsvayçı gələcək. FİFA-nın reytinqində 200-ci pillənin əl-ayağına kimi gedib çıxacağıq.

Slovakiya burada Mahir Emreliyə görə udmadı. Məğlubiyyəti hər dəfə bir futbolçunun üstünə atmaq axmaq baş məşqçinin işidir.

Bir dəfə Mahir, bir dəfə Rahil, bir dəfə Ramil…

Futbol komanda oyunudur və onu oynadan, ona düzən verən texniki zonada əyləşmiş şəxsdir.

Bu zat gah 30-35 dəqiqə futbol yonadığımızı deyir, gah qırmızı vərəqəni səbəb göstərir, əslində isə bunların heç biri uğursuz gedişatın üstünə yorğan örtmür.

Santuş hər oyunda rotasiyaya əl atır.

Santuş hər oyunda kapitan sarğısını bir nəfərin qoluna taxır.

Santuş hər dəfə komandasının hansısa problem(lər)indən danışır.

Santuş hər dəfə ondan-bundan söz açır, amma özündən danışmır. Bir məşqçi kimi harada səhvlərə yol verdiyini demir.

Bunu AFFA-da ondan heç soruşan da yoxdur, deyəsən.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti