Slovakiya millisinin futbolçusu Ondrey Duda Millətlər Liqasının C3 qrupunun IV turunda Bakıda Azərbaycan yığması üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan 29 yaşlı paytaxtımızdakı görüşlə bağlı bunları bildirib:
"Çox çətin matç oldu. Şadam ki, millidə 80-ci oyunum qələbə ilə yekunlaşdı.
İnanıram ki, qələbənin və oyunumun sayı daha da çox olacaq. Rəqibin bir neçə qol fürsəti oldu.
Düşünürəm ki, hətta ikinci hissədə lazım olanı etmədik: təzyiq etmək alınmadı, passivlik göstərdik.
Ona görə də Azərbaycan qol epizodları yaratmağı bacardı".