COP29

Bəs harada qaldı milli ruh, milli kimlik?

16:00 Milli komanda 232
Bəs harada qaldı milli ruh, milli kimlik?

Azərbaycan millisi hər dəfə məğlub olanda qabardılan məsələlərdən biri də qeyri-azərbaycanlıların heyətdə yer alması olur.

Bəli, bu gün mən də qarşıyam ki, ölkənin bir nömrəli komandasında 10 ildən artıqdır yaşadığı ölkənin dilini vecinə almayan dağıstanlı Bədavi Hüseynov, Mehdi Cənnətov, Şahruddin Məhəmmədəliyev, krasnoyarıskılı Aleksey İsayev kimilər oynamağı haqq etmir.

Heç Ramil Şeydayev, Rinat Dadaşov kimi dilimizə etinasız yanaşanlar, himnimizin sözlərini öyrənməyi özünə sığışdırmayanlar da həmçinin.

İllərdi adıçəkilən futbolçuları Azərbaycanda bəsləyənlər dövlət qarşısında, millət qarşısında hesab verməlidirlər.

Amma onu da qəbul edək ki, milli komandanın məğlubiyyətlərinin günahkarı həmin adlar deyil.

Əksəriyyət də milli ruh söhbətini çox işlədir. Tutaq ki, əsas milli kimliyi olmayan beşinci sort gəlmə futbolçulara görə rəzil durumdadır.

Bəs gənclər millisinə nə deyək?

Əvvəllər U-21 komandasında da həmin dağıstanlıları çox görərdik.

Amma bu gün hamısı xalis azərbaycanlıdır.

Qapıdan hücuma kimi. Demək olar hər bölgəmizdən olanı var. Biri Zaqataladan, digəri, Sumqayıtdan, bir başqası da Bakıdandır.

Elə məşqçilər korpusu da xalis azərbaycanlılardır.

Samir Əliyev kimi millətini sevən, bayrağına sayğı duyan yerli məşqçi komandanın başındadır.

Lakin yenə rəqiblər önündə rəzil olmaqla yadda qalırıq.

Gələn-gedən bizə qarşı oyunlara "görəsən, nə qədər vura bilərik?" düşüncəsində çıxır.

Son olaraq komandamızı ingilislər 7 qola "qonaq etdi".

Daha əvvəl irlandlar qapımızdan 5 qol keçirmişdi.

Bəs hardadır həmin milli ruh, kimlik?

Niyə bir təsəlli qolu üçün yetmir?

Deməli, belə söhbətlərlə baş qatmağa dəyməz.

Əl-qolu çırmalayıb ölkə futbolunun halına ağlamaq lazımdır.

İl ildən yox ha, artıq gün gündən ağır gəlir.

Daha böyük biabırçılıqlar qapıdadır.

Həmin qapının arxasında isə yeni AFFA rəhbərliyi yeni proqram üzərində işləyir.

6 aydı...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti