COP29

Azərbaycan yığması ingilislərə 0:7 uduzdu, Avropada sonuncu yeri tutdu

00:30 Milli komanda 1 495
Azərbaycan yığması ingilislərə 0:7 uduzdu, Avropada sonuncu yeri tutdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, F qrupunda yer alan millimiz 10-cu matçında İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçirilən görüş meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra komandamız 3 xalla qrupu 6-cı pillədə başa vurub.

İngiltərə (U-21) - Azərbaycan (U-21) 7:0

Qollar: Kresvell, 2, Doyli, 27, Makatee, 55, Cəlal Hüseynov-avtoqol, Anderson, 72, Skarlett, 86, Hatkinson, 90
Eşton Qeyt stadionu. Saat 22:30
Baş hakim: Ivana Martinčić
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karšić, Maja Petravić
Dördüncü hakim: Sabina Bolic
(Hakimlər briqadası Xorvatiyadandır)
Hakim-inspektor: Jens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Ignas Marcinkevičius (Litva)

N Komandalar O Q H M T-F X
1 İngiltərə 10 8 1 1 41-6 25
2 Ukrayna 10 8 0 2 20-7 24
3 Serbiya 10 5 1 4 13-18 16
4 Şimali İrlandiya 10 3 2 5 10-10 11
5 Lüksemburq 10 2 2 6 6-23 8
6 Azərbaycan 10 1 0 9 4-30 3

Digər Xəbərlər
Xəbər Lenti