COP29

"Bəzi şeylərə görə futbolçuları günahlandırmağa məcburam"

15 Oktyabr 20:20 Milli komanda 1 664
"Bəzi şeylərə görə futbolçuları günahlandırmağa məcburam"

Slovakiya komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycanı 3:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Françesko Kaltsona matçdan sonra açıqlama verib.

İtalyan mütəxəssis rəqibdən üstün oynadıqlarını bildirib:

"Çətin matç idi, amma belə olacağını gözləyirdik. Bakıya çox yorğun getmişdik.

Bu, görünürdü. İsveçlə oyun bizdən çox enerji aldı. Azərbaycanla matçda üstün oynadıq.

Rəqibə də çox imkan verdik və bu, mənim xoşuma gəlmir. Bəzi şeylərə görə futbolçuları günahlandırmağa məcburam.

Amma düşünürəm ki, komanda özünü yaxşı tərəfdən göstərdi. Növbəti turda İsveçə qarşı oynayacağıq. Rəqib inanılmaz dərəcədə güclüdür".

Digər Xəbərlər
Xəbər Lenti