COP29

“Çox qol buraxırıq, məyusam, səbəbini bilmirəm, nə deyim...”

15 Oktyabr 23:20 Milli komanda 1 035
“Çox qol buraxırıq, məyusam, səbəbini bilmirəm, nə deyim...”

“Oyun haqnda nə danışasan?

Bu 4 oyunda çoxlu qol epizodları yaratmışıq, lakin fərqlənə bilmirik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin yarımmüdafiəçisi Aleksey İsayev UEFA Millətlər Liqasının 4-cü turunda Slovakiyaya 1:3 hesabı ilə uduzduqları matç barədə deyib.

O, Slovakiyaya qarşı azlıqda oynamağın çətin olduğunu bildirib:

“Çox qol buraxırıq. Səbəbini bilmirəm.

Çox məyusam. Bilmirəm nə deyim.

Anlayırıq ki, azarkeşlər narazıdırlar. Lakin biz həqiqətən də əlimizdən gələni edirik.

Uğursuzluğun səbəbini tapmağa çalışırıq. Yaxşı heyətimiz var. 10 nəfər qaldıq.

Slovakiya keyfiyyətli komandadır və onlara qarşı 1 nəfər azlıqda mübarizə aparmaq çətindir”.

Digər Xəbərlər
Xəbər Lenti