COP29

AFFA millinin hər dəfə gəlib-gedənə uduzmasında maraqlıdır? - VİDEO

15 Oktyabr 15:00 Milli komanda 2 128
AFFA millinin hər dəfə gəlib-gedənə uduzmasında maraqlıdır? - VİDEO

UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti turun qarşılaşmaları keçirilib.

Millimiz bu dəfə Bakıda Slovakiya komandasına məğlub olub (1:3).

“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov qarşılaşma ilə bağlı ciddi tənqidlər səsləndirib.

Yığmamızın uğursuzluğundan, AFFA rəhbərliyinin futbolumuza laqeyd yanaşmasından danışan tanınmış journalist həmçinin qırmızı vərəqə alan Mahir Emreli haqda müəyyən fikirlər səsləndirib.

“Fernandu Santuş da artıq komandamızla, futbolçularımızla məzə tutmağa başlayıb. Deyib ki, əvvəl 35 dəqiqə, indi isə 65 dəqiqə oynaya bilərik.

Heç təəccüblənmədik, yenə uduzduq. Yenə rəqiblərin potensial 3 xal gözüylə baxdıqları komandayıq.

AFFA rəhbərliyi dəyişsə də, “köhnə hamam, köhnə tas”dır.

Biz danışmaqdan yorulduq, federasiya uğursuzluq və səriştəsizlikdən yorulmadı”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti