COP29

Bu qədər biabırçılıqdan sonra AFFA rəhbərliyi hələ yaşayır?

15 Oktyabr 10:40 Milli komanda 3 089
Bu qədər biabırçılıqdan sonra AFFA rəhbərliyi hələ yaşayır?

Millətlər Liqasındakı məğlubiyyətlərimizin sayı 4-ü haqladı.

Dörd tura dörd məğlubiyyət…

Hmm…

Gələn tur İsveçin qonağıyıq. Deməli, bu sayın 5-ə çatması ehtimalı böyükdür.

İndidən hazarlaşaq.

İndidən hazırlaşın.

Sonra estonlar qonağımız olacaq. 1:3 hesablı məğlubiyyətin revanşını onlardan almasaq əgər…

2018-dən, ilk ilindən iştirakçısı olduğumuz Millətlər Liqasında qrup mərhələsini birinci dəfə sonuncu yerdə bitirəcəyik.

Rövşən Nəcəf gözünə su versin, AFFA prezidenti olandan uduza-uduza gedirik. Bütün yaş qruplarımız kimi, əsas millimiz də milləti utandırmaq yolu seçib.

AFFA həyatda var, ya yox? Kim bilir?

Bunlar hələ yaşayırlar? Bilən var?

Qurbağa gölünə daş atılıb sanki.

Apreldən bəri belədir. Rövşən Nəcəf o binaya ayaq basandan.

Bu nəticələrin yeni rəhbərliyə atdiyyatı yoxdur, elə bil. Heç tükləri də tərpənmir. Nə dinəni görürük, nə də dindirəni.

Dərin bir sükuta dalıblar. Arada bir qələbə olsaydı, çoxdan çıxmışdılar pərdənin arxasından.

Bilmirsən AFFA-dakılar nə düşünür. Nəcəf ortalıqdan yox olub yenə. O biri vəzifəlilər, vitse-prezidentlər də qeybə çəkilib.

Ortalıqda olan bir Fernandu Sentaşdur, bugünlərdə yaşı 70-i haqlamış qoca da nə gəldi, danışır.

Gülməli vədlər, bəyanatlar verir. Muncuğa düzdüyü məğlubiyyətləri biabırçı hesab etmir.

İddia edir ki, komanda 1 ilin içində düzələcək, səbrinizi basın.

Tanış mənzərədir, deyilmi? Vaxt var idi, Berti Foqts da özündən belə nağıllar uydururdu.

Ondan qabaq Karlos Alberto Torresin danışdıqları kimi. Robert Prosineçki, Nikola Yurçeviç və Canni De Byazi də onlar kimi.

Bu əcnəbilərin hamısı sözü bir yerə qoyub, kökü/əsası olmayan vədlərlə özlərini sudan quru çıxarmaq, vaxt udmaq, bizi yola vermək, aldatmaq istəyirlər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti