Futbolçu kimi vaxtilə “Qəbələ”də çıxış etmiş Slovakiya yığmasının məşqçisi Pavel Farkaş UEFA Millətlər Liqasının C Divizionunun IV turunda Bakıda Azərbaycan yığması ilə keçirilən oyun (1:3) barədə danışarkən deyib.
Sportinfo.az xəbər verir ki, o, Azərbaycan millisinin güclü və keyfiyyətli komanda olduğunu bildirib:
“Bizim də gücümüz var. Rəqibimiz taktiki hazırlığı yüksək olan komandadır.
Azərbaycanlıların döyüş idman növlərində daha çox uğur qazanmasına təəccüblənmirəm. Onlar meydanda əsl döyüşçü kimi mübarizə aparırlar.
Hətta futbol meydanlarında belə, qərar verə bilən keyfiyyətli oyunçuları var. Əmin idim ki, Azərbaycanla dueldən qalib ayrılacağıq.
Demişdim ki, slovakiyalı futbolçuların hər biri öz rolunu layiqincə yerinə yetirsə, uğurlu nəticə qazanacağıq.
Əgər məğlub olsaq, yenə ümidimizi itirməyəcəydik. Çünki qarşıda bizi daha iki oyun gözləyir”.