COP29

Daha bir utanc… VİDEO+FOTOREPORTAJ

15 Oktyabr 01:10 Milli komanda 881
Daha bir utanc… VİDEO+FOTOREPORTAJ

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə yenilib.

Azərbaycan - Slovakiya - 1:3

Qollar: Rahil Məmmədov, 15-avtoqol (0:1), Toral Bayramov, 37 (1:1), Lukas Haraslin, 75 (1:2), David Duris, 87 (1:3)

Qırmızı vərəqə: Mahir Emreli, 70 (Azərbaycan)

Baş hakim: Rosit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Digər Xəbərlər
Xəbər Lenti