Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində doğma meydanda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş oyundan sonrda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azərbaycan millisinin biabırçı məğlubiyyətlərinə görə öz reputasiyanızı korlamırsız?
- Oyunun ilk dəqiqələrindən 68-ci dəqiqəyə qədər yaxşı performans göstərdik. Bu cür vəziyyətlərdə bəxt amili də rəqibin tərəfində idi. Qırmızı vərəqə qırılma nöqtəsi oldu. Ondan sonra üstünlüyü ələ almaq, oyunun taleyini dəyişmək daha çətin idi. Real qol imkanlarımız olsa da, cəmi birindən yararlandıq.
- Sualın cavabı bu deyil axı...
- Bunu biabırçı məğlubiyyət adlandırmazdım. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Bu cür adlandırmağınızı istəməzdim.
- Qırmızı vərəqə epizodunda səhv ötürmə verən Rahil Məmmədov günahkardır, yoxsa Mahir Emreli?
- Fərdi olaraq futbolçularda səhv axtarmağa nə var ki? Futbolçuların fərdi səhvlərindən danışmağı xoşlamıram. İlk sarı vərəqədən sonra problem başlamışdı. Hakimin qərarı qərəzli idi. Amma bu nəticə olaraq hakimin qərarıdır.
- Mahir Emrelinin qırmızı vərəqə ilə cəzalandırılması kənardan məsuliyyətsizlik kimi görünürdü, amma siz bəxtlə əlaqələndirdiniz. Azərbaycana böyük layihə üçün gəldiyinizi deyirsiz. Bu futbolçularla həmin layihəni reallaşdıracağınıza inanırsız?
- Bir ildən sonra bu layihə haqda danışacağıq. Hələ ki, vədə yetişməyib. Müsahibələrimdə demişəm ki, qısa zamanda reallaşacaq layihə deyil. 2028-ci ilə qədər bu layihə davam edəcək. Bir neçə ildən sonra komandamız normal rəqibə qarşı istənilən səviyyədə oynaya biləcək. Hələ ki, heç bir il keçməyib. Komandada potensial görürəm. Bizə zaman lazımdır.
- Ardıcıl 4-cü məğlubiyyəti biabırçı hesab saymırsız. Bəs, Azərbaycan D liqasına düşsə, bunu biabırçı nəticə hesab edəcəksiz?
- İnanmıram ki, aşağı düşək. Məqsədimiz gələcəkdə daha yaxşı futbol nümayiş etdirməkdir. Əlbəttə ki, hazırkı vəziyyətdə D liqasına düşəcəyimizə inanmıram. Sona qədər mübarizə aparmaq istəyirik.
- Aşağı yaş qruplarından ibarət yığma komandalarımızın nəticələrindən yəqin ki, xəbərdarsız. Bəs gələcəyi kimlərlə formalaşdıracaqsız?
- Həmin futbolçular içərisindən A milliyə qalxacaq oyunçular olacaq.. Onda da o haqda düşünəcəyik. 1-2 ildən sonra milli səviyyəyə yüksələcək oyunçular olacaq. Bunu hamımız birlikdə görəcəyik. A millinin məğlubiyyətlərindən sonra hazırkı vəziyyətdə məyusluq, biabırçı məğlubiyyətlər kəlməsini yaxşı anlayıram. Etiraf edək ki, komanda bu gün müsbət nəticə üçün hər şeyi etdi. 68 dəqiqə bu cür güclü rəqibə qarşı üstün oynayırdıq. Bunu səmimi qəbul etməliyik. Qırmızı vərəqə olmasaydı, nəticə başqa cür olardı. 68 dəqiqə effektiv oyun gördüm. Arzuolunmaz nəticədir. Düzgün yoldayıq. Ötən matçda 35 dəqiqə üstün idik. Bu matçda 68 dəqiqə üstün oynadıq. Bu detalları inkişaf etdirib, gələcəyə ümid etmək olar.
- İstefa vermək haqda düşünürsüz? Portuqaliya, Polşa millilərindən və "Beşiktaş"dan da müqaviləniz başa çatmamışdan əvvəl getmişdiniz...
- Siz bu hekayəni bilmirsiz. "Beşiktaş"da olanda 10 oyunun 7-də qələbə qazanmışıq.