COP29

Millimizin legionerləri ilə bağlı bu dərdi kimə deyək?

17:00 Milli komanda 1 083
Millimizin legionerləri ilə bağlı bu dərdi kimə deyək?

Hər zaman arzulamışıq ki, Azərbaycan millisində legioner futbolçuların sayı çox olsun.

Bu da səbəbsiz deyil. Düşünmüşük ki, ölkə xaricində çıxış edən futbolçuların yığmaya qatqısı daha çox olar.

Dünya praktikasında belə bu həqiqətdir.

Hər halda, Biləcəridən kənara çıxanların gördüyü futbol mədəniyyəti daha qədimdir. Ustalıq orada daha yüksəkdir. Eynisini olmasa da, müəyyən qismini mənimsəyib, Azərbaycan millisinin zavallı azarkeşinə təqdim etmək olar.

Təəssüf ki, başıbəlalı Azərbaycan millisində hər şey olduğu kimi, bu baxımdan da işlər baş-ayaqdır.

Legioner milli üzvləri elə performans sərgiləyir ki, Premyer Liqamızdan dəvət alanlara şükür etməli oluruq.

Slovakiya ilə son oyun bu baxımdan ən gözəl faktdır.

1:3 məğlub olduğumuz matçda hesabı bir ilə yaxındır Polşada karyerasını davam etdirən Rahil Məmmədov açıb. O, topu öz qapımıza yollayıb.

Özündə güc tapan yığma 37-ci dəqiqədə hesaba tarazlıq gətirə bilib.

"Neftçi"nin üzvü Ramil Şeydayevin əla ötürməsindən sonra "Qarabağ"ın yarımmüdafiəçisi Toral Bayramov başla topu rəqib qapısından keçirib.

Hər iki futbolçu da yerli çempionatımızda çıxış edir.

İkinci yarıya inamlı başlayan Fernandu Santuşun yetirmələri ardıcıl qol fürsətləri yaxalasa da fərqlənə bilməyib. Qol gözlədiyimiz məqamda Mahir Emreli səhnəyə çıxmağı bacarıb.

Amma qol vurmaqla yox, komandasını azlıqda qoymaqla.

Lazımsız yerdə qaydanı pozan "Nürnberq"in üzvü ikinci sarı vərəqəni qarşısında görüb. 4 ildi Avropada klubları əlcək kimi dəyişən legionerimizin birinci sarı vərəqəsi də yersiz idi.

Emreli bu hərəkəti ilə bəlkə də komandasını ən azı bir xaldan məhrum etmiş oldu.

Məhz 10 nəfərlə qalandan sonra yığma ardıcıl qollar buraxaraq növbəti məğlubiyyətini aldı.

Belə legionerlərimizin olmasındansa, heç olmasa yaxşıdır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti