Azərbaycan komandası bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.
Sportinfo.az xəbər verir ki, yığmamız dördüncü oyununda Slovakiya millisini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu norveçli hakimlər idarə edəcəklər.
Xatırladaq ki, yığmamız Slovakiyaya səfərdə 0:2 hesabıyla uduzub. Fernando Santoslu millimiz İsveçlə ev, Estoniya ilə səfər oyunlarında isə 1:3 hesablı məğlubiyyətlərə üzülüb.
Bu gün qrupumuzun digər oyununda İsveç Estoniyanın qonağı olacaq.
C Liqası, 1-ci qrup
20:00. Azərbaycan – Slovakiya 1:3
Qollar: Toral Bayramov,37 // Rahil Məmmədov 15-avtoqol, Lukas Haraslin 75, David Duris 87
Qırmızı vərəqə: Mahir Emreli, 70 (Azərbaycan)
Baş hakim: Rohit Saqqi (Norveç).
Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Aleksey İsayev, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev, 19. Xəyal Nəcəfov, 22. Abbas Hüseynov.
Baş məşqçi: Fernando Santos.
Slovakiya: 1. Marek Rodak, 2. Peter Pekarik, 5. Lübomir Şatka, 7. Tomaş Suslov, 8. Andrey Duda, 10. Laslo Benes, 14. Milan Şkrinyar (k), 15. David Streleç, 16. David Hansko, 17. Lukaş Haraslin, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Dominik Takaç, 23. Henrix Ravas, 3. Samuel Kozlovski, 4. Mixal Tomiç, 6. Norbert Dyomber, 9. Robert Bojenik, 11. Lübomir Tupta, 13. Patrik Hroşovski, 18. Leo Sauer, 19. Tomaş Riqo, 20. David Duriş, 21. Kristian Herç.
Baş məşqçi: Françesko Kaltsona.