COP29

Azərbaycan millisi tarixində belə "hücumçu" görməyib - VİDEO

15 Oktyabr 22:20 Milli komanda 6 784
Azərbaycan millisi tarixində belə "hücumçu" görməyib - VİDEO

Azərbaycanın 21 yaşlılardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.

Samir Əliyevin kollektivi Şimali İrlandiyanın qonağı olub.

İrlandlar futbolçularımızı meydana çıxmağa peşman edib.

Meydan sahibləri hesabı 2-ci dəqiqədə açıb.

İkinci yarı isə daha 4 dəfə gənclər millimizi meydanın mərkəzinə dəvət ediblər - 0:5.

"Neftçi"nin heç bir komandasında rəsmi oyun keçirmədiyi halda U-21 millisinə davamlı dəvət alan qapıçısı Rüstəm Samiqullini isə matçın "qəhrəmanı" adlandıra bilərik.

Vəzifəsi rəqib komandanın qol vurmasına mane olmaq olan qolkiper əksi üçün hər şey edib.

İkinci qolda tamaşaçı kimi diqqət mərkəzinə düşüb.

Üçüncü qolda rəqib hücumu onun ötürməsi ilə başlayıb.

Samiqullinin ürəyi bununla da soyumayıb, 80-cı dəqiqədə topu öz qapısına göndərərək matçda son nöqtəni qoyub.

Görünür, bu adamın qapıçı instinkti ölüb.

Əgər istənilən halda milli komandada forma geyinməsi şərtdirsə, növbəti görüşlərdə hücumda yoxlamaq olar.

Hər halda, təqdim edəcəyimiz kadrlardan siz də görəcəksiniz ki, o, qol vurmağa, qol ötürməsi etməyə daha çox yarayır, nəinki qapıda durmağa.

XANOĞLAN/ SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti