COP29

“Çox əziyyət çəkdik”

15 Oktyabr 00:30 Milli komanda 908
“Çox əziyyət çəkdik”

“İlk 20 dəqiqədə üstünlük Azərbaycanda idi, lakin biz oyuna sakitcə qoşulduq və qol vurduq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Estoniya millisinin futbolçusu Rokko Robert Şeyn UEFA Millətlər Liqasının III turu çərçivəsində Tallində Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışarkən deyib.

Hücumçunun söylədiyinə görə, qələbə komandasının dinamik oyunu sayəsində əldə olunub:

“Çox əziyyət çəkdik. Azərbaycan penalti qolu ilə hesabı bərabərləşdirsə də, dərhal rəqibin qapısına yol taparaq önə keçdik.

Fikrimcə, bu, görüşün taleyinin həll olunmasında vacib rol oynadı. bSinyavskinin ilk hissənin sonlarında vurduğu qol ikinci yarıya daha inamlı başlamağımıza kömək etdi, futbolçularda əlavə stimul yaratdı.

Fasiləyə yollandığımız zaman paltardəyişmə otağında da bunu hiss etmək olurdu. Məşqçilər taktikada müəyyən dəyişikliklər etdilər.

Bunun sayəsində yaxşı təzyiq göstərdik. Azarkeşlərin dəstəyi bizə daha çox enerji verdi”.

Digər Xəbərlər
Xəbər Lenti