Millimizin bərbad çıxış etməsi fonunda daha bir ciddi problem ortaya çıxıb.
Santuş fikirlərini futbolçulara dəqiq çatdıra bilmir.
Məsələ burasındadır ki, portuqaliyalı mütəxəssis ingilis dilini məişət səviyyəsində bilir və demək istədikləri bəzən tam anlaşılmır.
Qəribə səslənəcək, amma AFFA bu boyda ölkədə portuqal dilini bilən tərcüməçi tapa bilmir. Azərbaycanda ispan dilini bilən çox adam olsa da, portuqal dilini bilən adam hələ ki tapılmır.
Məlumat üçün deyək ki, bu iki dil arasında fərq çoxdur.
Ortaya sual çıxır. AFFA rəhbərliyi millimizə portuqaliyalı mütəxəssis dəvət edəndə bu nüansları niyə nəzərə almayıb,
Santuşu gətirəndə bu detallar niyə araşdırılmayıb, o gələnə qədər niyə bu məsələ həllini tapmayıb... Yenə də suallar çox, cavab isə yoxdur! (sportal.az)