![8 qol buraxdı, Millətlər Liqasında ən çox qurtarış edənlərin siyahısına düşdü](https://www.sportinfo.az/media/2024/10/13/(5).jpg)
Azərbaycan millisinin üzvü Mehdi Cənnətov Millətlər Liqasında ən çox qurtarış edən qapıçılar siyahısındadır.
Sportinfo.az xəbər verir ki, UEFA-nın statistik göstəricilərinə əsasən Cənnətov 5-ci yerdədir.
Onun və 4-cü yerdə olan isveçrəli Qreqor Kobelin aktivində 13 seyv var. Siyahıya Finlandiya millisinin qapıçısı Lukas Hradecki (17 seyv) başçılıq edir.
Onu da qeyd edək ki, Mehdi Cənnətov 3 oyundan sonra 8 qol buraxıb.