Azərbaycan millisinin veteran forvardı Rauf Əliyev Sportinfo.az-a açıqlama verib.
O, yığmanın Millətlər Liqasında Estoniyaya ağır məğlubiyyətini (1:3) şərh edib:
"Oyunun əvvəlində yaxşı imkanlar vardı. Amma istifadə olunmadı. Xüsusilə Renat Dadaşovun imkanını deyərdim. Hiss olunurdu ki, estonlar çəkinir. Daha çox müdafiədən oynayırdı.
Lakin qol vurduqdan sonda inam qazandılar. Fərqli oyun alınmağa başladı".
Əliyev millinin zəif çıxışında 2 əsas problemi xüsusi qabardıb:
"Əsas problem asan qollar buraxmağımız və bəzi futbolçuların aşağı səviyyədə çıxış etməsi oldu".
Veteran hücumçu sonda bugünkü Estoniya millisinə məğlubiyyətin fiasko olduğunu sözlərinə əlavə edib:
"Estonlar bizdən çox çəkinirdi. Qarşımızda zəif Estoniya millisi vardı. Amma millimiz bundan istifadə edə bilmədi. Əlbəttə ki, bu fiaskodur".
XANOĞLAN