COP29

Rövşən Nəcəfin gözünün qabağında olan RÜSVAYÇILIQ! - Hara qədər?

13 Oktyabr 22:30 Milli komanda 2 754
Rövşən Nəcəfin gözünün qabağında olan RÜSVAYÇILIQ! - Hara qədər?

Bizim üçün Millətlər Liqasında üç tur dünən arxada qaldı.

Yarışın C liqasının 1-ci qrupunda sonuncuyuq.

AFFA-nın prezidenti postunda altıncı ayını yaşayan Rövşən Nəcəf gözünə su versin: 4 illik müqavilə bağladığı Fernandu Santuş millimizi, ölkəmizi biabır etmək yolunda inamla, əzmlə çalışır.

30-35 dəqiqə futbol oynadıq. Belə deyirlər. Mətbuat konfransında ilk 30-35 dəqiqədən danışan Santuşun sözlərini AFFA rəhbərliyinə yaxşı-yaxşı, yerli-yataqlı tərcümə etmək, sonra da izahını vermək lazımdır.

Rövşən Nəcəf və başının dəstəsi normalda hər şeyi baş-ayaq oxuyur axı. Bu bacarıqsız və futboldan biqafil adamlar bəlkə də indinin özündə elə bilirlər ki, top oyunu 30-35 dəqiqədən ibarətdir.

Santuş 4 aydan çoxdur görəvdədir, 3 məğlubiyyət almışıq artıq. Qarşıdan Slovakiya ilə ev oyunu gəlir, ümid isə azdır, çox az.

Qrupda kimə uduzsaq da, Estoniyaya uduzmamalı idik. Oyundan öncə icraçı vitse-prezident Sərxan Hacıyevdən 70 nömrəli formanı hədiyyə alan portuqaliyalı baş məşqçinin futbolçularından ona qələbə əta etməsini gözləməsi həm təbiidir, həm də qeyri-təbii.

Bu heyətlə uğura yaxın getmək mümkündür. Hətta o uğuru əldə etmək də mümkündür. Gərək nə qədər axmaq olasan ki, bu oyunçularda potensialı, fərdi bacarığı görməyəsən.

Üç-dörd nəfəri çıxaq, qalanları vitrinə alacaq fərdlərdir.

Məşqçi istəyirəm ki, bu fərdləri birləşdirsin, onlardan komanda düzəltsin. Bunu edəcək adamı AFFA düzgün seçməyib.

Rövşən Nəcəf «Beşiktaş»ı təzminat davasından qorumaq üçün Santuşu millimizə soxuşdurmuş Yıldırım Demirörənin məsləhətinə qulaq asmaqla, ən böyük yaqlışlarından birinə yol verib.

Son illərdə karyerasının qürub çağını yaşayan, siqareti siqaretə calamaqdan savayı heç nəylə yadda qalmayan 70 yaşlı qoca daha neçə il buradadır.

Dəhşət olacaq e, dəhşət!

Hələ harasıdır bu, gör, bizi qarşıda necə böyük məğlubiyyətlər gözləyir!

Qrupın ilk 2 turunda qol vura bilməyən Estoniyaya 1:3 hesabıyla uduzan komandanın baş məşqçisinə şiddətli töhmət verilməlidir. O da, AFFA rəhbərliyi də çıxıb xalqdan üzr istəməlidir.

Əşşi, belə futbol olmur! Santuş iddia edir ki, komandaya hücum futbolu oynatmaq fikrindədir və bu fikrindən vaz keçməyəcək.

Hücum taktikasının tərəfdarıyıq, bəli. Amma Santuşun üstündə dayandığı tərz başına dəysin! Rəqib 3 pasla meydanın bu başından o başına gedib çatır, qol vurur - 70 yaşlı qoca nədən danışır belə?

Bu, necə taktikadır ki, irəli xətdəkilərlə orta sahə oyunçuları arasında məsafə 40 metrdir? Ani əks-hücum zamanı ən arxada dayanan futbolçumuz Coşqun Diniyev olmalıdırsa, sizin məşqçi savadınıza nə deyim.,.

Sənə nə deyim, Rövşən Nəcəf…

Camaat gedib quş gətirir, bu gedib Santuş gətirib.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti