Azərbaycan millisinin kapitanı dəyişib.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş kapitanlıq bazübəndini “Qarabağ”ın futbolçusu Abbas Hüseynova verib.
Belə ki, Millətlər Liqası çərçivəsində keçirilən Estoniya ilə matçda millimizi meydana kapitan kimi Abbas Hüseynov çıxarıb.
Slovakiya ilə matçda millini kapitan kimi meydana Elvin Camalov çıxarmışdı. Yığmanın üçüncü kapitanı Ramil Şeydayevlə Emin Mahmudovun yoxluğunda bu hüquqa yiyələnmişdi.
Eminlə Ramil isə İsveçlə matçda penaltidən istifadə etmək üstündə mübahisə etdiyi üçün, baş məşqçi tərəfindən start heyətə daxil edilməməklə bir növ cəzalandırılmışdı.