COP29

“Uduzmağımızın səbəbi bu oldu” – Yığmamızın başında dayanan

12 Oktyabr 03:50 Milli komanda 4 203
“Uduzmağımızın səbəbi bu oldu” – Yığmamızın başında dayanan

"Dünya çempionatı futbolçular üçün böyük təcrübə oldu".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Mütəxəssis Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatı haqqında danışıb:

"Mənim üçün nəticədən daha vacib uşaqların bu yarışda iştirak etməsi idi. Bunun üçün Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm.

Oyunçulara bu cür şərait yaratdılar. Serbiya, Slovakiya, Çexiya və İngiltərə fiziki cəhətdən çox güclü kollektivlərdir.

Hətta deyərdim ki, bizim futbolçulardan üç dəfə güclüdürlər. Matçlarda uduzmağımızın səbəbi də bu oldu.

Komandada yer alanların əksəriyyətinin 21 yaşı var. Bu da böyük rol oynadı. Amma mübarizə apardıq və yarışdakı çıxışımızdan razıyam".

Azərbaycanın U-23 millisi bürünc medal uğrunda görüşdə Serbiyanın müvafiq yaş qrupundan ibarət yığmasına 0:3 hesabı ilə uduzub.

Komanda yarımfinalda Çexiyaya 3:4 hesabı ilə məğlub olub. R.Fərəczadənin yetirmələri 1/4 finalda İngiltərədən (3:0) güclü olub, qrupda isə Hindistanı 16 cavabsız qolla üstələsə də, Serbiya (1:5) və Çexiyaya (0:2) yenilib.

Digər Xəbərlər
Xəbər Lenti