COP29

“Bura qələbə üçün gəlmişik, xalqımızı sevindirərik”

11 Oktyabr 17:00 Milli komanda 1 530
“Bura qələbə üçün gəlmişik, xalqımızı sevindirərik”

Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti matçına çıxacaq.

Fernandu Santuşun kollektivi C1 qrupunun 3-cü turunda Estoniyanın qonağı olacaq.

Sportinfo.az-a açıqlama verən mərkəz müdafiəçisi Şəhriyar Əliyev Tallində keçirəcəkləri oyun haqda danışıb:

"Düşərgədə yaxşı ab-hava var. Hər birimiz qələbə barədə düşünürük.

Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Milli komandaya dəvət alan hər bir futbolçu uğur qazanmaq istəyir.

Kollektiv olaraq baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. İnşallah, qələbə qazanaraq, xalqımızı sevindirərik".

Estoniya - Azərbaycan matçına 20:00-da start veriləcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti