Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında məğlub olub.
Sportinfo.az xəbər verir ki, yığma Çexiyaya 1:4 hesabı ilə uduzub.
Azərbaycan millisi daha əvvəl qrupda Çexiyaya 0:2 hesabı ilə uduzub. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərədən (3:0) güclü olub.
Yığma qrupda Hindistan seçməsini 16 cavabsız qolla üstələsə də, Serbiyaya uduzub - 1:5.
U-23-ün üçüncü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib. Bizimkilər Serbiya ilə üz-üzə gələcək. Görüş bu gün saat 17:30-da keçiriləcək.