AFFA rəhbərliyi millinin futbolçularına ödəmə edib.
İyunda Macarıstanda keçirilən yoxlama matçında Qazaxıstana 3:2 hesabıyla qalib gələn yığmamızın oyunçularının hər biri federasiyadan 10 min manat mükafat alıb.
Bu, hələlik onların son qazancıdır. Arif Əsədovun rəhbərliyi altında çıxdığı axırıncı görüşdə qələbəyə sevinən millilərimiz Fernandu Santuşla uğura həsrət qalıb.
Komandamız portuqaliyalı baş məşqçinin yönətimində UEFA Millətlər Liqasının C Divizionuna uğursuz start verib. İlk turda İsveçə Bakıda 1:3, səfərdə Slovakiyaya 0:2 hesabıyla uduzmuşuq.
SPORTİNFO.AZ