COP29

Millimiz DÇ-nın qrupunda son matçını uduzdu, İngiltərəyə rəqib oldu

19:20 Milli komanda 1 620
Millimiz DÇ-nın qrupunda son matçını uduzdu, İngiltərəyə rəqib oldu

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 0:2 hesabı ilə məğlub olub.

Qrupda üçüncü yeri tutaraq 1/4 finala yüksələn yığmamız İngiltərəyə rəqib olub. Sözügedən qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan millisi qrup mərhələsində keçirdiyi ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub, ikinci görüşdə isə Hindistan yığmasından üstün olub - 16:0.

Digər Xəbərlər
Xəbər Lenti