Azərbaycan millisi Millətlər Liqası çərçivəsində Estoniya və Slovakiyaya qarşı oyunlar üçün hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, komanda "Neftçi" Futbol Mərkəzində növbəti məşqinə çıxıb.
Azərbaycan C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq.
Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.