COP29

Yığmamızın futbolçuları bazaya belə gəldi - FOTOLAR

8 Oktyabr 01:10 Milli komanda 763
Yığmamızın futbolçuları bazaya belə gəldi - FOTOLAR

Azərbaycan millisi Millətlər Liqası çərçivəsində Estoniya və Slovakiyaya qarşı oyunlar üçün təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az xəbər verir ki, komandanın hazırlıq prosesi bu gün start götürüb.

Millimiz 8-9 oktyabr tarixlərində Neftçi Futbol Mərkəzində məşq keçəcək.

Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş millini oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq

. Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq.

Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Azərbaycan C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq.

Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Azərbaycan millisi təlim-məşq toplanışına başladı - Şəkillər

















Digər Xəbərlər
Xəbər Lenti