COP29

Azərbaycan millisi ilk matçında serblərə uduzdu - Dünya çempionatında

7 Oktyabr 19:20 Milli komanda 1 148
Azərbaycan millisi ilk matçında serblərə uduzdu - Dünya çempionatında

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsindəki ilk matçında məğlub olub.

Sportinfo.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub.

Yığmanın heyətində yeganə qolu 11-ci dəqiqədə Ziya Məmmədli rəqib qapısından keçirib.

Dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da Çexiya yığmaları ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti