COP29

İspaniyada oynayan 5 azərbaycanlı milliyə gətirildi

7 Oktyabr 01:20 Milli komanda 790
İspaniyada oynayan 5 azərbaycanlı milliyə gətirildi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oktyabrın 7-8-də Bakıda təlim-məşq toplanışı olacaq.

Sportinfo.az xəbər verir ki, oktyabrın 9-dan 17-dək Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində hazırlıq keçəcək U-17 Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyununda qarşılaşacaq.

Millimizin bu oyunlar üçün heyəti açıqlanıb. Hazırda İspaniyanın "Marset" akademiyasının üzvü olan 5 azərbaycanlı da milliyə çağırılanlar arasındadır.

Məhdi Həsənov – "Neftçi"
Rauf Əyyubov – "Sabah"
Elbrus Kərimov – "Marset" (İspaniya)
Həzrət Səmədov – "Sabah"
Nadir Nəsibli – "Marset" (İspaniya)
Fərid Cabbarlı – "Zirə"
Əlibəy Mahmudov – "Sabah"
Tuncay Əhmədov – "Marset" (İspaniya)
Kamil Məmmədov – "Neftçi"
Muhamməd Çodarov – "Marset" (İspaniya)
Zeyd Nəsirulla – "Herta" (Almaniya)
Murad Qurbanov – "Zirə"
İbrahim Xəlilov – "Sabah"
Həsən Məmmədli – "Rot-Vays" (Oberhauzen, Almaniya)
Vüsal Kərimov – "Neftçi"
İlkin Hacıyev – "Qarabağ"
Əli Qazibəyov – "Qarabağ"
Abdulaziz Cabbarlı – "Qarabağ"
Əhliman Süleymanzadə – "Zirə"
Tunar Rzayev – "Marset" (İspaniya)
İslam Həsənov – "Srvena Zvezda" (Serbiya)
Əli İbrahim – "Qarabağ"
Nihat İsgəndərov – "Qarabağ"

Digər Xəbərlər
Xəbər Lenti