Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının C1 qrupunda Azərbaycan yığması ilə Tallində keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
Sportinfo.az “Soccernet.ee” portalına istinadən xəbər verir ki, estoniyalı futbolçu millimizlə görüş haqda bunları deyib:
"Qrup mərhələsinin əvvəlki matçlarında (Slovakiya (0:1) və İsveç (0:3) mütləq xal almaq istəyirdik.
Azərbaycanla oyun üçün də plan eyni idi. Təbii ki, budəfəki rəqib fərqli sinifdəndir. Bu isə bizə xal qazanmaq üçün daha çox ümid verir”.
Estoniya - Azərbaycan oyunu oktyabrın 11-də Tallindəki “Le Kok Arena"da keçiriləcək və görüşə Bakı vaxtı ilə 20:00-da start veriləcək.