COP29

"Allaha çox şükürlər olsun ki, arzum reallaşdı"

19:40 Milli komanda 694
"Allaha çox şükürlər olsun ki, arzum reallaşdı"

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Baş məşqçi Fernandu Santuşun yığmaya dəvət etdiyi 24 nəfərlik siyahıda yeni ad var.

Bu, hazırda Albaniyada legioner həyatı yaşayan Zamiq Əliyevdir.

Portuqaliya mütəxəssis əsas yığmanın qapılarını ilk dədə onun açıb.

Sportinfo.az-a açıqlama verən "Eqnatiya"nın 23 yaşlı müdafiəçisi hislərini bizimlə bölüşüb:

"Nə zamansa dəvət alacağıma inanırdım. Demək ki, bugünə qismət imiş.

Çox şükür. Xoşbəxtəm deyə bilərəm.

Ən böyük hədəflərimdən biri milli komandaya dəvət olunmağım idi. Allaha çox şükürlər olsun ki, arzum reallaşdı.

Bunun üçün çox qururluyam. Əlimdən gələn hər şeyi edəcəm ki, formaya layiq olum və burada davamlı qalım".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti