COP29

Azərbaycan millisinin iki oyun üçün planı açıqlandı

02:00 Milli komanda 200
Azərbaycan millisinin iki oyun üçün planı açıqlandı

Azərbaycan millisinin oktyabrın 11-də səfərdə Estoniya, 14-də evdə Slovakiyaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti və hazırlıq planı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş siyahıya 24 oyunçu cəlb edib.

Millimiz oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da "Neftçi" Futbol Mərkəzində məşq keçəcək. Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq.

Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya ilə oyunöncəsi son məşqə çıxaracaq.

Milli Estoniya ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq.

Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Azərbaycan C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya ilə qarşılaşacaq.

Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq