COP29

“Emin Mahmudov elə qərarlar verə bilər ki, bunu hər futbolçu bacarmır”

01:00 Milli komanda 238
“Emin Mahmudov  elə qərarlar verə bilər ki, bunu hər futbolçu bacarmır”

"Emin Mahmudov keyfiyyətli futbolçudur".

Sportinfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək Estoniya və Slovakiya ilə oyunlardan öncə mətbuat konfransında bildirib.

O millinin kapitanı Emin Mahmudovla bağlı sualı cavablandırıb:

"O, oyunda elə qərarlar verə bilər ki, bunu hər futbolçu bacarmır. Heç kim fikirləşməsin ki, həmişə oynayacaq.

Bu qərarları baş məşqçi verir. Futbolçular dərk etməlidirlər ki, milliyə xidmət edirlər.

Yığmaya çağırılmaq o demək deyil ki, 100 faiz oynayacaq. Müəyyən futbolçular var ki, daha çox oynayırlar.

Bu, bütün yığmalarda belədir. Köməkçilərimlə birlikdə Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Hər bir futbolçu diqqətdədir. Kimsə kiminsə dostudur deyə milliyə dəvət etmirik".

Azərbaycan komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq.

Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq