COP29

"Fernandu Santuşun məni milliyə çağıracağına ümidim vardı"

8 Oktyabr 21:00 Milli komanda 4 660
"Fernandu Santuşun məni milliyə çağıracağına ümidim vardı"

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Baş məşqçi Fernandu Santuşun yığmaya dəvət etdiyi 24 nəfərlik siyahıda Aydın Bayramovun da adı var.

Bu, "Zirə"nin qapıçısının 3 illik aradan sonra ölkənin əsas millisinə qayıdışı deməkdir.

28 yaşlı qapıçı Sportinfo.az-a açıqlamasında siyahıda adının olmasına sevindiyini bildirib:

"Milli komandaya dəvət olunmaq xoş hislərdir. Həqiqətən, sevindiricidir. Çünki ölkənin bir nömrəli komandasında olmaq hər bir futbolçunun arzusudur".

Təcrübəli kiper portuqaliyalı mütəxəssisindən dəvət gözlədiyini etiraf edib:

"Açığı, adımın siyahıda olacağına ümidim vardı. Şükür, gözləntim düz çıxdı.

Baş məşqçinin diqqətini necə çəkmişəm? Məncə, bu suala elə baş məşqçi özü cavab verə bilər.

Mən sadəcə oyunlarda yaxşı performans göstərməyə çalışıram.Yığma komandaya dəvət olunmağım klubdakı işlərimə də müsbət təsir edəcək.

Milliyə çağırılmaq insana əlavə motivasiya verir. Ki, gələcək oyunlarda da dəvət ala biləsən".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti