COP29

Azərbaycandan Türkiyəyə hansı futbolçular aparılır? - SİYAHI

18 Sentyabr 08:50 Milli komanda 325
Azərbaycandan Türkiyəyə hansı futbolçular aparılır? - SİYAHI

Çimərlik futbolu üzrə Azarbaycan milli komandası sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcək.

Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Milliyə dəvət edilən oyunçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;

Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı

Azərbaycan komandası dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!