COP29

“Qrupdan çıxmağa borcluyuq” - Azərbaycan yığmasının baş məşqçisi

18 Sentyabr 03:00 Milli komanda 246
“Qrupdan çıxmağa borcluyuq” - Azərbaycan yığmasının baş məşqçisi

“Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq, komandama inanıram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Sahib Məmmədov 2025-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

O, İspaniya millisinin qrupun aşkar favoriti olduğunu bildirib: “Onlar dəfələrlə Avropa çempionu olublar.

Dünya çempionatına da ev sahibliyi edəcəklər. Düzdür, çimərlik böyük futbol kimi olmasa da, İngiltərə millisi də iddialı və ciddi rəqibdir.

Gürcüstan seçməsinə gəlincə, qonşu ölkə təmsilçisi ən son B Divizionunda Ukrayna yığması ilə final oynayıb. Bunları ümumiləşdirsək, normal qrupa düşdüyümüzü qeyd edə bilərik”.

39 yaşlı mütəxəssis digər rəqiblərdən heç də zəif olmadıqlarını vurğulayıb:

“Dünya reytinqində 22-ci sırada yer almışıq. Bu qrupdan çıxmağa borcluyuq.

Bu mərhələni keçsək, daha çətin rəqiblər olacaq. Sonda isə 4 komanda dünya çempionatına vəsiqə qazanacaq.

Milli komanda ilə əsas hədəfim mundiala yollanmaqdır. Ötən il yığma B Divizionuna yüksəlməyi bacarıb. Qarşıdakı məqsəd A Liqasına qalxmaqdır”.

Azərbaycan seçməsi İspaniya, İngiltərə və Gürcüstanla birlikdə A qrupunda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM