COP29

Azərbaycanlı məşqçi Fernandu Santuşun yanında yer almaq üçün hansı addımı atıb?

19:00 Milli komanda 493
Azərbaycanlı məşqçi Fernandu Santuşun yanında yer almaq üçün hansı addımı atıb?

Yaxın zamanda Azərbaycan millisinin məşqçilər korpusuna daha bir məşqçi cəlb olunacağını xəbər vermişdik.

Fernandu Santuşun yeni köməkçisi azərbaycanlı olacaq.

Ən real namizəd isə Zaur Həşimov idi.

PRO kateqoriyalı mütəxəssis hazırda "Zirə-2"ni çalışdırır.

O, daha əvvəl "Qəbələ"də məşqçi, "Zirə"də isə baş məşqçi kimi fəaliyyət göstərib.

Amma bu məsələdə yeni məlumatlar əldə etmişik.

Belə ki, axtarışlar sırasında şərtlər dəyişib. Ortaya yeni namizəd çıxıb.

Söhbət U-19 millisinin baş məşqçisi Elxan Abdullayevdən gedir.

İllərdi milli komandalarda var-gəl edən məşqçi yenidən əsas milliyə qayıtmaq həvəsinə düşüb.

O, bu məqsədlə şəxsi əlaqələrini işə salıb. Və yuxarılardan müsbət cavab alıb.

Gedişat onu göstərir ki, bu ilin sonu U-19 millisində müqaviləsi başa çatan Abdullayev portuqaliyalı mütəxəssisin korpusunda yer alacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti