COP29

Qurban Qurbanov: “Milli barədə nə qədər fikir bildirməsəm, daha yaxşı olar”

16 Sentyabr 08:50 Milli komanda 311
Qurban Qurbanov: “Milli barədə nə qədər fikir bildirməsəm, daha yaxşı olar”

“Qarabağ”ın baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov Azərbaycan millisinin son iki oyundakı məğlubiyyəti barədə ona ünvanlanan sualı cavablandırıb.

Millətlər Liqasının ilk iki turunda milli komandamız İsveçə 1:3, Slovakiyaya isə 0:2 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, dünən “Səbail”ə qarşı keçirilən Premyer Liqa matçından (2:1) sonra təşkil olunan mətbuat konfransında Q.Qurbanova belə bir sual ünvanlanıb:

Milli komandanın iki oyunu haqda AFFA İcraiyyə Komitəsinin üzvü olaraq nə deyə bilərsiz? Fernandu Santuşun komandasında inkişaf gözlənilir?

Qurban Qurbanov buna cavab olaraq deyib:

“Buna fikir bildirməmişəm, səbəbini də bilirsiz. Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq.

Əsasən də Fernandu Santuşa. Böyük təcrübəsi, iş qabiliyyəti var. İki oyuna görə fikir bildirmək mənə çətin olardı.

Nə qədər fikir bildirməsəm, daha yaxşı olar. Bunu daha düzgün sayıram. Bu dəfə də fikir bildirməyəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!