Slovakiya mediası Millətlər Liqasının C Divizionunda onlara rəqib olan Azərbaycan yığmasından yazıb.
Sportinfo.az xəbər verir ki, yerli "Sports Mole" millimizin baş məşqçisi Fernando Santuş və hücumçusu Ramil Şeydayevdən bəhs edib:
"Azərbaycan kimi böyük turnirlərdə iştirak edə bilməyən komandanın sükanı arxasında hamımızın tanıdığı təcrübəli mütəxəssis Fernando Santuş var.
Portuqaliyalının indiyə qədər fərqli yığmalarla qazandığı uğurlar biz slovakları həyəcanlandırırdı. Lakin İsveçlə oyunda Azərbaycanın evində üç qol buraxması,
Ramil Şeydayevin "qızıl" fürsəti əldən verməsi - penaltini vura bilməməsi ümumi duruma güzgü saldı. Baxmayaraq ki, İsveç qrupun favoritidir...
Santuş Ramil Şeydayevi start heyətində meydana buraxmamalıdır.
Mütəxəssis birinci hissədə futbolçusuna güvənməsinin, ikinci yarıda komandasının İsveçin qapısı önündə yaratdığı qol epizodlarını reallaşdırmamasının əvəzini ödədi.
Ramili əvəz edəcək futbolçu isə Rüstəm Əhmədzadə ola bilər. Hər halda səhvlərdən sonra başqalarına yer açılmalıdır".