Millətlər Liqasının C divizionunda iki açılış turunun nəticələrinə əsasən Azərbaycan millisi ən pis nəticələrdən birinə sahibdir.
Sportinfo.az xəbər verir ki, startda İsveç (1:3) və daha sonra Slovakiyaya (0:2) uduzan milli C divizionunda yalnız eyni qrupda yer aldığı Estoniyasıı qabaqlayaraq, 16 iştirakçı arasında 15-ci olub.
Daha iki komandanın – Litva və Lüksemburqun xalları olmasa da, hər ikisi Azərbaycan yığmasından az buraxıb.
Bütün divizionların 54 iştirakçısı arasında Azərbaycan millisi iki turun nəticələrinə əsasən İrlandiya, Finlandiya (B divizionu) və İsveçrə (A divizionu) komandalarını qabaqlayaraq 48-ci yerdədir.