COP29

“Hər cəhətdən onlardan zəifik, “Mançester Yunayted”i “Qarabağ”la müqayisə etmək olmaz”

11 Sentyabr 04:30 Milli komanda 1 132
“Hər cəhətdən onlardan zəifik, “Mançester Yunayted”i “Qarabağ”la müqayisə etmək olmaz”

Məğlubiyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Mütəxəssis İspaniyanın Mursiya şəhərində baş tutan təlim-məşq toplanışı və yoxlama oyunları barədə fikirlərini bildirib:

“Üç oyun keçirdik. Güclü rəqiblər idi. Niderland millisi top-komanda sayılır. Bu yaş qrupu üzrə komandamız hələ belə güclü rəqiblərlə oynamayıb.

Toplanış xoşuma gəldi. Uşaqlar gəncdirlər, futbol oynamağı öyrənirlər. Bu, onlar üçün təcrübədir. Düzdür, heç kim məğlubiyyət istəməz.

Amma reallıq var, rəqiblər güclüdür. Çalışırıq, daha yaxşı olmalıyıq. Noyabrda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir.

Təlim-məşq toplanışına görə AFFA-ya təşəkkür etmək istərdim. Niderland, Şotlandiya kimi kollektivlərə qarşı oynamaq çox faydalı oldu. Məğlubiyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır. Bizim də qol vurmaq imkanlarımız oldu, amma belə alındı”.

54 yaşlı məşqçi qarşılaşdığı komandalarla millimizin fərqlərindən danışıb:

“Fərqlər çox böyükdür, o uşaqlar Niderlandda “Ayaks”, “Feyenoord”, AZ, “Tvente” kimi klublarda çıxış edirlər. Şotlandiya millisinin üzvləri “Mançester Yunayted”, “Everton”, “Mançester Siti”də oynayırlar. Hər cəhətdən onlardan zəifik.

“Mançester Siti”ni “Sabah”la, “Mançester Yunayted”i “Qarabağ”la müqayisə etmək olmaz. Biz uşaqları yerli klublardan götürürük".

İspaniya toplanışında üç yoldaşlıq matçı keçirən U-19 millisi Niderland və Uelsə 0:3, Şotlandiyaya isə 0:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?