Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə qarşılaşan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası məğlub olub.
Sportinfo.az xəbər verir ki, "Dalğa Arena"da gerçəkləşən matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.
Millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa da eyni hesabla uduzub.
Samir Əliyevin baş məşqçisi olduğu yığma turnir cədvəlində sonuncu - altıncı pillədə qərarlaşıb.